“Hadrut fatehi”nin xanımı da tələbə oldu

10:55 - 25 Avqust 2026 - CƏMİYYƏT

 “Hadrut fatehi”nin xanımı da tələbə oldu

Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova da tələbə adını qazanıb.

Bu barədə “BUTA.TV”ya şəhid xanımı özü məlumat verib.

Fatimə İsmayılova Odlar Yurdu Universitetində “Turizm işinin təşkili” ixtisasına qəbul olunub.

Qeyd edək ki, “Hadrut fatehi” Camal İsmayılov 2020-ci il oktyabrın 21-i Laçın dəhlizinə nəzarəti ələ almaq üçün gedən döyüşlərdə şəhid olub. O, şəhidlik zirvəsinə ucalandan sonra 3-cü övladı dünyaya gəlib. Körpəsinin üzünü görmək ona qismət olmasa da, son vəsiyyəti oğluna Alparslan adının qoyulması olub.



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol