Gözü yüksəklərdə olan sinif... - 11a-nın 13-ü

20:30 - 28 Avqust 2026 - GÜNDƏM

 Gözü yüksəklərdə olan sinif... - 11a-nın 13-ü

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 11a sinfi 2025–2026-cı tədris ili üzrə qəbul nəticələri ilə diqqət çəkib.

BUTA.TV” xəbər verir ki, bu barədə Abşeron - Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, sinfin 17 məzunu 500-dən yüksək, 13 məzunu isə 600-dən yüksək bal toplayıb.

Onlardan 13-ü Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına qəbul olub.

Sinfin ən yüksək nəticəsini Tağızadə Samir göstərib. O, qəbul imtahanında maksimal nəticə olan 700 bal toplayıb.

Yüksək nəticə göstərən məzunlar arasında Mursaquliyeva İnci Rəsul qızı – 690,2, Fərhadova Aysel Elnur qızı – 682,6, Nağıyev Hüseyn Samir oğlu – 682, Tahirzadə Amin Pərviz oğlu – 679,1 və Səfizadə Rüqiyyəxanım Fərid qızı – 675,4 bal nəticə göstəriblər.

Ümumilikdə 11a sinfinin 17 məzunu 500-dən yüksək bal toplayıb. Onlardan 12 nəfərin 600-dən yüksək nəticə göstərməsi sinfin yüksək hazırlıq səviyyəsini nümayiş etdirib.

Sinfin uğurları qəbul imtahanları ilə də məhdudlaşmayıb. Əliyev İlham Ramil oğlu, Tağızadə Hüseyn Qasım oğlu və Tarverdi Davud Mahmud oğlu fənn olimpiadalarında əldə etdikləri nəticələrə görə müsabiqədənkənar qəbul hüququ qazanıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol