Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı

11:57 - 1 Sentyabr 2026 - GÜNDƏM

 Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı

Ukraynanın Rusiyanın qərbinə endirdiyi zərbələr zamanı bir dron qısa müddətə Estoniyanın cənub-şərq hava məkanına daxil olub və bununla əlaqədar hava təhlükəsi barədə xəbərdarlıq elan edilib.

BUTA.TV xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Məlumata görə, NATO-nun hava hücumundan müdafiə missiyası çərçivəsində Amari aviabazasında yerləşdirilən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr havaya qaldırılıb.

Estoniya ərazisinə heç bir dron və ya raket düşməyib və xəbərdarlıq ləğv edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol