Məhkəmədən İmran Xan və xanımı ilə bağlı qərar

12:15 - 1 Sentyabr 2026 - GÜNDƏM

 Məhkəmədən İmran Xan və xanımı ilə bağlı qərar

İslamabad Ali Məhkəməsi Pakistanın sabiq baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibinin təkadamlıq kamerada saxlanılmalarına etiraz olaraq etdikləri müraciətləri məqbul hesab edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Daun” qəzeti məlumat yayıb.

Məlumata görə, İslamabad Ali Məhkəməsi Adiala həbsxanasının rəhbərliyinə İmran Xan və Buşra Bibinin təkadamlıq kamerada saxlanılmamasını təmin etməyi tapşırıb.

Məhkəmə həmçinin onların həbsxana qaydalarına uyğun olaraq görüşünə şərait yaradılmasını qərara alıb.

Qərara əsasən, İmran Xanın ailə üzvlərinin onunla görüşməsinə, oğulları ilə telefonla danışmasına imkan yaradılmalıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol