“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas sosial şəbəkə hesabının hekayə bölümündə Çempionlar Liqasının kuboku ilə fotosunu paylaşıb.
“BUTA.TV” xəbər verir ki, litvalı mütəxəssis 2012-ci ildə UEFA-nın məşqçilər kursunda iştirak edərkən kubokla çəkdirdiyi kadrı və 14 il sonra avqustun 27-də ÇL-in liqa mərhələsinin püşkatma mərasimində çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi “Barselona”, Almaniyanın “Borussiya” (Dortmund), İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya” (Praqa) klublarını qəbul edəcək.
Təmsilçimizin səfərdəki rəqibləri isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal”, həmçinin Norveçin “Vikinq” komandaları olacaq.
Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi


- İran ABŞ-a məxsus PUA-nı məhv etdi
- ABŞ İranda toy keçirilən yeri bombaladı - Ölən və yaralananlar var
- ABŞ İranda toy mərasiminə zərbə endirdi: ölənlər var
- ABŞ-ın hücumu: İran cavab zərbələrinə başladı
- Hücum hələ qarşıdadır, İrandan az şey qalacaq - Tramp
- Paşinyandan Putinə: Referendumdan imtina etdik!
- ABŞ buna görə peşman olacaq - SEPAH
- Rusiya səfiri Almaniya XİN-ə çağırıldı