İranın cənubundakı Sirik şəhərində toy mərasiminin atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Hücum ABŞ-nin İranın cənubuna endirdiyi yeni zərbələr fonunda baş verib. Vaşinqton bu hücumları İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektləri ilə əlaqələndirir.
Xatırladaq ki, bundan öncə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, sentyabrın 1-də Amerika qüvvələri İranda SEPAH-a məxsus komandanlıq məntəqələri, raket və PUA obyektlərini hədəf almağa başlayıb. Vaşinqton əməliyyatın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və amerikalı hərbçilərə qarşı hücum cəhdlərinə cavab olduğunu bildirib.
Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi
Məlumata görə, zərbələr İranın cənub sahillərindəki bir neçə rayona, o cümlədən Bəndər-Abbas, Cask, Çabahar, Konarak, Minab, Sirik və Qəşm adasına endirilib. İranın rəsmi qurumları hücumlar nəticəsində dinc sakinlər arasında tələfatın olduğunu açıqlayıb.
SEPAH Amerika ordusunun bu zərbələrini “kor-koranə və çarəsiz addım” adlandıraraq cavab əməliyyatlarına başladığını bəyan edib. Korpus, həmçinin İran HHM sistemlərinin ABŞ-yə məxsus növbəti – sayca 50-ci “MQ-9” PUA-sını vurduğunu iddia edib.
***
ABŞ ordusunun İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücumu zamanı yaralananların sayı 50 nəfərə çatıb
- Ukraynada müharibəyə son qoymaq istəyirik - Putin
- İran İordaniyada ABŞ bazasını belə vurdu - Video
- Bunun İrəvan üçün müsbət nəticələri oldu - Putin
- Putindən Ermənistana: İstəsəniz, sabah o bazadan çıxa bilərik!
- İran elan etdi: Hörmüz boğazı bağlandı
- İran ABŞ-a məxsus PUA-nı məhv etdi
- ABŞ İranda toy keçirilən yeri bombaladı - Yenilənib
- ABŞ İranda toy mərasiminə zərbə endirdi: ölənlər var