Ukraynanın "Mamont"u: 5 min km uça biləcək!

09:09 - 2 Sentyabr 2026 - GÜNDƏM

 Ukraynanın

Ukrayna tədricən pilotsuz uçuş aparatı (PUA) texnologiyasını inkişaf etdirir və bu da Rusiya ərazisinə getdikcə daha effektiv zərbələr endirməyə imkan verir.

BUTA.TV xəbər verir ki, bu barədə “Vol Strit Jurnal”da yayımlanan məqalədə deyilir.

Xüsusilə bildirilir ki, Ukrayna bu yaxınlarda 2400 kilometr uça bilən ağır yüklü “Mamont” dronunu hazırlayıb.

“Culver Aerospace” şirkətinin baş direktoru və təsisçisi Oleq Krotun sözlərinə görə, “Mamont” dronlarının mənzili gələn ilə kimi 4800 kilometrə qədər artacaq.

Nəşrdə vurğulanıb ki, Ukrayna müdafiə şirkətləri dronlarının mənzilini, sürətini və yük tutumunu sürətlə artırır və bu da Rusiya ərazisinin böyük bir hissəsini zərbələr üçün əlçatan edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol