Xarici liderin Putini Ukraynadakı müharibəyə son qoymağa açıq şəkildə çağırması ilk hal deyil.
BUTA.TV xəbər verir ki, bunu britaniyalı jurnalist Stiv Rozenberq Hindistan Baş naziri Narendra Modinin Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı çağırışını şərh edərkən deyib.
O xatırladıb ki, beş həftə əvvəl Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Putinə münaqişəni dondurmağı və danışıqlar masasına qayıtmağı təklif etmişdi.
"O, bunu etmədi. Və hələ də etmir", - Rozenberq bildirib.
Onun fikrincə, sülhlə bağlı bu kimi açıq çağırışların Putinin siyasətini dəyişdirəcəyinə dair heç bir əlamət yoxdur.
Qeyd edək ki, N.Modi Putinlə görüşündə Ukrayna konfliktinin sülh yolu ilə həllinə çağırış edib.
- Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi
- MİT rəhbərinin yeni imici diqqət çəkdi – Foto
- İran ABŞ ordusunun toplanma mərkəzini vurdu
- İran xalqı nə vaxt ayağa qalxacaq? - Tramp
- Nepalda ölənlərin sayı artdı
- ABŞ Xuzistanı vurdu: 7 ölü, 8 yaralı
- Əvvəl bacısını, sonra özünü bıçaqladı
- Mərmərədə 2 türk gəmisi toqquşdu: itkin düşənlər var