Mərmərə dənizində Silivri sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub.
BUTA.TV xəbər veri ki, bu barədə İstanbul valiliyi açıqlama yayıb.
Bildirilib ki, Kocaelidən Əliağa limanı istiqamətində Türkiyə bayrağı altında üzən "Alsu" ticarət gəmisi İskəndərun limanından Karadenizereğliyə gedən Türkiyə bayrağı altında üzən "Tuğberk İmamoğlu" ticarət gəmisi ilə toqquşub.
Hadisə yerli vaxtla saat 03:00-da Silivri sahillərindən 18 mil cənubda baş verib.
Bildirilib ki, hadisə yerinə çoxsaylı dəniz qüvvələri və sahil mühafizəsi helikopteri göndərilib.
Qəza zamanı “Alsu” gəmisinə ziyan dəyməsə də, digər gəminin 10 heyət üzvü ilə əlaqə kəsilib.
Axtrarış-xilasetmə işləri davam etdirilir.
- Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
- Ödənişli yolda aşan “BMW X7”də ölən Eltonun - Fotosu
- Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi
- MİT rəhbərinin yeni imici diqqət çəkdi – Foto
- İran ABŞ ordusunun toplanma mərkəzini vurdu
- İran xalqı nə vaxt ayağa qalxacaq? - Tramp
- Nepalda ölənlərin sayı artdı
- ABŞ Xuzistanı vurdu: 7 ölü, 8 yaralı