Rusiya 2026-cı il üçün neft hasilatı proqnozunu son 17 ilin ən aşağı səviyyəsinə endirib və Ukraynadakı müharibənin təsiri səbəbindən 2026-2027-ci illər üçün yanacaq ixracı planlarını yenidən nəzərdən keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” agentliyinin məlumatında deyilir.
Sentyabrın sonunda yekunlaşdırılacağı və büdcənin formalaşmasında istifadə ediləcəyi gözlənilən layihədə 2026-2029-cu illər üçün neft hasilatı proqnozları may ayında dərc edilmiş əvvəlki versiya ilə müqayisədə 16-20 milyon ton azalıb.
Belə ki, neft həcminə görə, dünyanın üçüncü ölkəsi olan Rusiyada xam neft hasilatının bu il 17,2 milyon ton azalaraq 494,2 milyon tona və ya gündə 9,88 milyon barelə düşəcəyi gözlənilir. Bu, 2009-cu ildən bəri ən aşağı səviyyədir.
- Mərmərədə 2 türk gəmisi toqquşdu: itkin düşənlər var
- Ukraynanın "Mamont"u: 5 min km uça biləcək!
- Zelenskidən dünyaya çağırış: Rusiya səması bağlanacaq!
- Modinin çağırışı Putinin siyasətini dəyişdirəcəkmi?
- Maduronun həbsdən sonrakı ilk şəkli belə çəkilib - Oğlu açıqladı - Foto
- Rusiyanın neft hasilatı çökür: Son 17 ildə....
- İranla diplomatik əlaqələri kəsdilər
- Rusiya və Almaniya müharibə vəziyyətindədir - Zumann