Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb.
“BUTA.TV” xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Rəfael Qurbanov əvvəlcə bacısına xəsarətlər yetirib, sonra isə bıçaqla özünə bir neçə zərbə endirib.
Onların evdə mübahisə etdikləri və hadisənin bu zəmində baş verdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
- Misirdə sərnişin avtobusu aşdı: 16 ölü
- İran Ərbildəki ABŞ bazasına hücum etdi
- Pezeşkianın təyyarəsi təcili eniş edib - KİV
- Almaniya da Rus Evini bağlayır
- Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
- Ödənişli yolda aşan “BMW X7”də ölən Eltonun - Fotosu
- Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi
- MİT rəhbərinin yeni imici diqqət çəkdi – Foto