Mərmərə dənizində Silivri sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub.
BUTA.TV xəbər veri ki, bu barədə İstanbul valiliyi açıqlama yayıb.
Bildirilib ki, Kocaelidən Əliağa limanı istiqamətində Türkiyə bayrağı altında üzən "Alsu" ticarət gəmisi İskəndərun limanından Karadenizereğliyə gedən Türkiyə bayrağı altında üzən "Tuğberk İmamoğlu" ticarət gəmisi ilə toqquşub.
Hadisə yerli vaxtla saat 03:00-da Silivri sahillərindən 18 mil cənubda baş verib.
Bildirilib ki, hadisə yerinə çoxsaylı dəniz qüvvələri və sahil mühafizəsi helikopteri göndərilib.
Qəza zamanı “Alsu” gəmisinə ziyan dəyməsə də, digər gəminin 10 heyət üzvü ilə əlaqə kəsilib.
Axtrarış-xilasetmə işləri davam etdirilir.
- Əliyevlə Ərdoğan Bişkekdə qol-qola... - Video
- Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
- Toy mərasiminə hücum: ABŞ cəzalanacaq - Əzizi
- Ermənistanda eks-naziri yatağından məhkəməyə belə apardılar - Video
- 1652-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Bu həkimlər 3 min manat əməkhaqqı alacaq
- İranda dəhşət: Maşını mitinq iştirakçılarının üstünə sürdü
- ABŞ-nin bu ölkələrdəki hərbi bazaları vuruldu - Yenilənib