Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb.
“BUTA.TV” xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Rəfael Qurbanov əvvəlcə bacısına xəsarətlər yetirib, sonra isə bıçaqla özünə bir neçə zərbə endirib.
Onların evdə mübahisə etdikləri və hadisənin bu zəmində baş verdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
- Rusiya və Ermənistan arasında yük daşımaları artdı
- “İlham Əliyev müasir, ziyalı insandır” - Putin
- Əliyevlə Ərdoğan Bişkekdə qol-qola... - Video
- Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
- Toy mərasiminə hücum: ABŞ cəzalanacaq - Əzizi
- Ermənistanda eks-naziri yatağından məhkəməyə belə apardılar - Video
- 1652-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Bu həkimlər 3 min manat əməkhaqqı alacaq