“İlham Əliyev müasir, ziyalı insandır” - Putin

12:39 - 2 Sentyabr 2026 - GÜNDƏM

 “İlham Əliyev müasir, ziyalı insandır” - Putin

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevi müasir və ziyalı insan adlandırıb.

BUTA.TV” “İnterfaks”a istinadən xəbər verir ki, o bu barədə Bişkekdə mətbuat konfransında Qarabağla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri hələ uzun illər əvvəl Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıb və orada yaşayan erməni əhalisinin hüquq və maraqlarının təmin ediləcəyini bildiriblər:

“Onlar mənə deyirdilər: biz orada yaşayan erməni əhalisinin hüquq və maraqlarını təmin edəcəyik. Mən isə onların bunu etməyəcəyini, ermənilərin sadəcə özlərinin gedəcəyini deyirdim. Prezident Əliyev həmin insanlara pis heç nə etməyəcək. O, müasir, ziyalı insandır. Yüz faiz əminəm ki, o, onların maraqlarını təmin etməyə çalışacaq. Lakin ermənilər yenə də orada qalmayacaqlar. Belə də oldu”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol