Ötən gecə İranın Məşhəd şəhərində hökumət tərəfdarlarının mitinqi zamanı bir nəfər avtomobili insanların üzərinə sürüb.
BUTA.TV xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.
“Vəkilabad bulvarında yüksək sürətlə hərəkət edən avtomobil əvvəlcə paralel zolaqda hərəkət edən digər avtomobillə toqquşub. Toqquşmadan sonra sürücü idarəetməni itirib və hərəkət istiqamətini dəyişərək mitinq iştirakçılarının arasına girib”, - rəsmi məlumatda bildirilib.
Hadisə nəticəsində 4 nəfərin öldüyü, 10-dan çox insanın yaralandığı bildirilib.
Yol polisi sürücünün “qeyri-adi” vəziyyətdə olduğunu bildirsə də, məsələnin təfərrüatı barədə açıqlama verməyib.
Bəzi sosial media kanalları və qeyri-rəsmi məlumatlarda hadisənin bilərəkdən törədildiyi iddia olunub.
Ölən və yaralananların arasında “Bəsic” üzvlərinin olduğu bildirilsə də, onların kimliyi barədə məlumat verilməyib.
- “Abraham Linkoln” Tailanda çatdı
- Rus ordusu daha bir kəndi işğal etdi
- Moskva 8 670 PUA-nın hədəfi oldu
- ABŞ hücumu: SEPAH-ın itkiləri açıqlandı
- Zelenskinin xəbərdarlığı: Türkiyə bu uçuşları ləğv etdi
- Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
- Minab məktəbi, idman zalı, toy: Bunları Şeytan etdi!
- Rusiya İrana hipersəs raket verdi