Rusiya bir neçə il ərzində İrana qabaqcıl səsdən sürətli qanadlı raketlərin hazırlanmasında gizli şəkildə yardım edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Məlumata görə, “C430L” kod adlı proqram 2023-cü ildə başlayıb və 2026-cı ilə qədər davam edib. Proqram çərçivəsində İran üçün raketlərdə istifadə olunan birbaşa axınlı hava-reaktiv (ramjet) mühərrikin hazırlanmasına dəstək göstərilib. Ekspertlər belə texnologiyanın gəmi əleyhinə və yerüstü hədəfləri məhv edən qanadlı raketlərin yaradılmasında istifadə oluna biləcəyini bildirirlər.
Qeyd edilib ki, layihənin təşkilində “Rosoboroneksport” və “NPO Maşinostroyeniya” iştirak edib. Rusiya mütəxəssisləri İrana səfər edərək mühərrik sınaqlarını izləyib və texniki problemlərin aradan qaldırılmasına kömək ediblər.
- İrana yeni zərbə dalğası başa çatdı – CENTCOM
- “Abraham Linkoln” Tailanda çatdı
- Rus ordusu daha bir kəndi işğal etdi
- Moskva 8 670 PUA-nın hədəfi oldu
- ABŞ hücumu: SEPAH-ın itkiləri açıqlandı
- Zelenskinin xəbərdarlığı: Türkiyə bu uçuşları ləğv etdi
- Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
- Minab məktəbi, idman zalı, toy: Bunları Şeytan etdi!