Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevi müasir və ziyalı insan adlandırıb.
“BUTA.TV” “İnterfaks”a istinadən xəbər verir ki, o bu barədə Bişkekdə mətbuat konfransında Qarabağla bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri hələ uzun illər əvvəl Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıb və orada yaşayan erməni əhalisinin hüquq və maraqlarının təmin ediləcəyini bildiriblər:
“Onlar mənə deyirdilər: biz orada yaşayan erməni əhalisinin hüquq və maraqlarını təmin edəcəyik. Mən isə onların bunu etməyəcəyini, ermənilərin sadəcə özlərinin gedəcəyini deyirdim. Prezident Əliyev həmin insanlara pis heç nə etməyəcək. O, müasir, ziyalı insandır. Yüz faiz əminəm ki, o, onların maraqlarını təmin etməyə çalışacaq. Lakin ermənilər yenə də orada qalmayacaqlar. Belə də oldu”.
“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları-Yenilənib
- Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan
- Bütün gəmilərin təhlükəsizliyi bizim üçün vacibdir – Ərdoğan
- Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - Video
- Rusiya Kiyevdə universitetə zərbə endirdi
- F-35 danışıqlarını davam etdiririk - Ərdoğan
- MİDA adından saxta müqavilələr hazırlayanlar ifşa edildi - KMBİ-dən əməliyyat - Video
- Rus ordusu ABŞ-ın Kiyevdəki şirkətini vurdu - Video
- Xaçatryanı məhkəməyə xərəkdə gətirdilər - Video