Rusiya bir neçə il ərzində İrana qabaqcıl səsdən sürətli qanadlı raketlərin hazırlanmasında gizli şəkildə yardım edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Məlumata görə, “C430L” kod adlı proqram 2023-cü ildə başlayıb və 2026-cı ilə qədər davam edib. Proqram çərçivəsində İran üçün raketlərdə istifadə olunan birbaşa axınlı hava-reaktiv (ramjet) mühərrikin hazırlanmasına dəstək göstərilib. Ekspertlər belə texnologiyanın gəmi əleyhinə və yerüstü hədəfləri məhv edən qanadlı raketlərin yaradılmasında istifadə oluna biləcəyini bildirirlər.
Qeyd edilib ki, layihənin təşkilində “Rosoboroneksport” və “NPO Maşinostroyeniya” iştirak edib. Rusiya mütəxəssisləri İrana səfər edərək mühərrik sınaqlarını izləyib və texniki problemlərin aradan qaldırılmasına kömək ediblər.
“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları-Yenilənib
- “Bayraqdar” Rusiya dəniz dronunu məhv etdi - Video
- Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan
- Bütün gəmilərin təhlükəsizliyi bizim üçün vacibdir – Ərdoğan
- Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - Video
- Rusiya Kiyevdə universitetə zərbə endirdi
- F-35 danışıqlarını davam etdiririk - Ərdoğan
- MİDA adından saxta müqavilələr hazırlayanlar ifşa edildi - KMBİ-dən əməliyyat - Video
- Rus ordusu ABŞ-ın Kiyevdəki şirkətini vurdu - Video