Bütün gəmilərin təhlükəsizliyi bizim üçün vacibdir – Ərdoğan

16:00 - 2 Sentyabr 2026 - GÜNDƏM

 Bütün gəmilərin təhlükəsizliyi bizim üçün vacibdir – Ərdoğan

Qara dənizdə təkcə Türkiyə bayrağı altında üzən və ya Türkiyə müəssisələri tərəfindən idarə olunan gəmilər deyil, bütün mülki dəniz nəqliyyatının təhlükəsizliyi bizim üçün vacibdir.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna müharibəsindən təsir görən gəmilər haqda danışarkən bildirib.

“Tərəflər arasındakı münaqişə mülki şəxslərin və ticari həyatı təhlükə altına salan bir nöqtəyə çatmamalıdır.

Bu səbəblərə görə biz daha geniş perspektivdən hərəkət edirik. Vurulan zərər artdığı üçün bu problemi həll etməliyik. Qara dənizdə kommersiya dəniz nəqliyyatının təhlükəsizliyini daimi olaraq təmin edəcək bir mexanizmə ehtiyac var.

Xüsusilə Afrikada taxıl böhranının yenidən artdığını açıq şəkildə bildirmək istərdim. Problem daha da böyümədən təşəbbüs göstərmək faydalı olardı", - deyə Ərdoğan qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol