Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı

11:00 - 3 Sentyabr 2026 - GÜNDƏM

 Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı

Rüşvət ittihamından bəraət alan keçmiş gömrük inspektoruna təzminat ödəniləcək.

BUTA.TV”nun əldə etdiyi məlumata görə, məhkəmə bəraət almış Mirağa Ağayevin təzminat tələbini qismən təmin edib.

Eks-gömrükçü cinayət məsuliyyətinə cəlb edilməsi və həbsdə saxlanılması nəticəsində itirdiyi qazanca görə 5 min manat maddi, mənəvi ziyana görə isə 10 min manat kompensasiya tələb edib.

Məhkəmə maddi ziyanla bağlı tələbi əsaslı saymayıb. Yalnız mənəvi ziyana görə iddiaçıya 5 min manat təzminat kəsilib.

Bu xəbər hal-hazırda çox oxunur
Kiyevdə atışma: Zelenski üçün "yolun sonu"...

M.Ağayev paralel olaraq işinə bərpa olunması tələbini də irəli sürüb.

Lakin Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndəsi sabiq əməkdaşlarının işə qayıtmasına etiraz edib. Məhkəmə də bu yöndə qərar verib. İddaçının Bakı Baş Gömrük İdarrəsindəki işinə bərpa edilməsi tələbi rədd edilib.

Xatırladaq ki, M. Ağayev və bir neçə gömrükçü 2021-ci ildə prokurorluğun apardığı əməliyyat nəticəsində həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, biri istisna olmaqla, digər gömrükçülərə şərti cəza, Mirağa Ağayevə isə bəraət verilib.

Sail Ağasəlim


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol