Estoniya parlamentinin üzvləri növbədənkənar iclasda ədliyyə kansleri Ülle Madiseni beş illik müddətə ölkənin yeni prezidenti seçiblər.
BUTA.TV xəbər verir ki, bu barədə ERR milli ictimai yayımçısı məlumat verib.
Madise dövlət başçısı vəzifəsinə yeganə namizəd olub. Qalib gəlmək üçün parlament üzvlərinin ən azı üçdə ikisinin (101 səsdən 68-i) səsini toplamalı idi. Nəticədə, parlamentin 71 üzvü onu dəstəkləyib. Madise and içdikdən sonra oktyabrın 12-də Estoniya prezidenti vəzifəsinin icrasına başlayacaq.
Ülle Madise estoniyalı hüquqşünas və siyasətçidir. O, 2015-ci ildən Estoniyanın Ədliyyə Kansleri vəzifəsində çalışır.
- İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirdi
- Aparanda dəhşətli qəza: 5 nəfər öldü, 10-u yaralandı
- Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
- Estoniyanın yeni prezidenti seçildi
- 1652-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Türkiyə ŞƏT-ə üzvlüyə hazırdır - Ərdoğan
- Məktəbin ilk günündə anaların geyimi müzakirə yaratdı - Foto
- Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir