Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə, o cümlədən İstanbul yaxınlığında pilotsuz uçuş aparatlarının və dəniz dronlarının aşkar edilərək zərərsizləşdirildiyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, nazirliyin məlumatına görə, Qara dəniz Ereğlisi, Sakarya-Karasu, Karaburun burnu, Bosforun girişindəki Türkəli lövbər dayanacağı və İstanbulun Çatalca rayonunda xüsusi təyinatlı qruplar dənizin səthində şübhəli obyektləri zərərsizləşdiriblər.
Həmin obyektlərin pilotsuz uçuş aparatları və ya kamikadze dəniz dronları olduğu ehtimal edilir.
Nazirlik qeyd edib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri və dəniz aviasiyası mina təhlükəsinə qarşı Qara dənizin sularında sutka ərzində kəşfiyyat aparır.
- Norveçdə Rusiya gəmisinə həbs qoyuldu
- Venesuelada seçkilərin keçirilməsini istəyirik, lakin... - Tramp
- Papua-Yeni Qvineyada güclü zəlzələ oldu
- İranda toy mərasiminə zərbə: ABŞ araşdırma aparır
- Bütün fələstinliləri Qəzzadan çıxarmağa hazırıq - Katz
- ABŞ şirkətləri Venesuela ilə milyardlarla dollarlıq saziş imzaladı
- Tramp Putinlə görüş şərtini açıqladı
- Fidan Səfadi və Tani ilə regionu müzakirə etdi