“ABŞ-nin Hörmüz boğazında İranın mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 nəfər həlak olub”.
“BUTA.TV” IRIB-ə istinadla xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərqəndi məlumat verib.
Nazirin sözlərinə görə, ötən gecə İranın müxtəlif əyalətlərinə endirilən hava hücumları nəticəsində 18 nəfər həyatını itirib, daha 108 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən İran obyektlərinə kütləvi zərbələr endirib. Cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını raket və PUA-larla atəşə tutduğunu bəyan edib.
- Züleyxa Hacıyeva 103 yaşında vəfat etdi
- Bir gecədə İranın 28 gəmisini məhv etdik - Tramp
- ABŞ-ın hücumlarında neçə iranlı həlak olub?
- Tramp Hörmüz boğazının adını dəyişdirmək istəyir: Tramp boğazı...
- İrana hücumlar nəticəsində ölənlərin sayı açıqlandı
- Şimali Kiprdə gəmi qəzası: Nazir vəzifəsindən azad edildi
- İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirdi
- Aparanda dəhşətli qəza: 5 nəfər öldü, 10-u yaralandı