ABŞ-da Ağ Ev lideri Donald Trampın təsviri olan 1 dollar nominallı sikkələr dövriyyəyə buraxılıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə ABŞ Zərbxanası öz saytında məlumat yayıb.
Sikkələri qurumun rəsmi saytında da satın almaq mümkündür. Yüz sikkənin qiyməti 154 dollar təşkil edir.
Ön tərəfində Trampın təsviri, həmçinin “LIBERTY, IN GOD WE TRUST” və “1776-2026” yazıları yerləşdirilib.
Arxa tərəfində ABŞ-ın Prezident möhürü – zeytun budağı və oxları olan qartal təsvir edilib. Qalxanın üzərində ABŞ-ın müstəqilliyinin 250 illiyi şərəfinə “250” rəqəmi yerləşdirilib. Sikkədə həmçinin “UNITED STATES OF AMERICA, “ONE DOLLAR” və “E PLURIBUS UNUM” yazıları qeyd olunub.
Xatırladaq ki, Trampın təsviri olan sikkələrin buraxılacağı barədə ilk xəbəri iyulun 15-də ABŞ-ın maliyyə naziri Skott Bessent yayıb.
- ABŞ şirkətləri Venesuela ilə milyardlarla dollarlıq saziş imzaladı
- Tramp Putinlə görüş şərtini açıqladı
- Fidan Səfadi və Tani ilə regionu müzakirə etdi
- Türkiyə Qara dənizdə şübhəli obyektləri zərərsizləşdirdi
- İrana pul buna görə lazımdır - Rubio
- İrana yenə zərbə endiriləcək - Tramp
- Qocalmanı yavaşladan maddə tapıldı
- Trampın təsviri olan dollar sikkələr buraxıldı