Bütün fələstinliləri Qəzzadan çıxarmağa hazırıq - Katz

00:54 - 3 Sentyabr 2026 - GÜNDƏM

 Bütün fələstinliləri Qəzzadan çıxarmağa hazırıq - Katz

İsrail ABŞ bu qərarı təsdiqləyəcəyi təqdirdə müharibə nəticəsində dağıdılmış Qəzza zolağının sakinlərini ərazidən çıxarmağa hazırdır.

BUTA.TV xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz "Ynet" portalının təşkil etdiyi konfransda deyib.

"Nəticə etibarilə, əhalinin köçürülməsi olmadan Qəzza üçün real həll yolu yoxdur", – deyə o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə Qəzza zolağının təxminən 2 milyon sakininin Misir və İordaniyaya köçürülməsini təklif edib. Lakin ABŞ və Yaxın Şərqdə ictimaiyyətin etirazlarından sonra bu ideyadan geri çəkilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol