Ursula fon der Leyeni biz “Fürer Ursula” adlandırırıq. O, bütün AB-nin qərarları ilə Brüsselə verilməmiş, milli hökumətlərin səlahiyyətində qalan hüquq və səlahiyyətləri Avropa Komissiyasında mərkəzləşdirməyə çalışır. Və bu meyil onda çox güclü şəkildə özünü göstərir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Bir neçə il əvvəl “Şimal axını” qaz kəmərlərinin partladılması ilə bağlı suala cavab verən Leyen avropalı seçicilərin enerji qiymətlərinin artmasından əziyyət çəkəcəyini, lakin ukraynalıların Avropa dəyərlərini müdafiə etməsi üçün əziyyət çəkməyə məcbur olduqlarını deyib.
Heç kim isə soruşmadı ki, söhbət hansı Avropa dəyərlərindən gedir. Əgər təhsil, mədəniyyət, məişət və kütləvi informasiya vasitələrində rus dilinin qanunvericiliklə qadağan edilməsi Avropa dəyərlərini əks etdirirsə, o zaman Avropa üçün nasizmin geri qayıtması mübarək”, – o bildirib.
- Rusiya ilə münasibətlər saxlamaq istəyirik - Tramp
- Rusiya ilə Ukrayna arasında əlaqələr davam edir - Putin
- Rusiya Kiyevdə bu şirkəti vurdu: Milyardlarla ziyan...
- İrəvanın bu arzusu tezliklə yox olacaq - Lavrov
- Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - Açıqlama
- Rusiya bazarından çıxmaq istəmirik - Papoyan
- Nikol Bişkekdə Putinlə “tam” görüşdü: bu da nəticə...
- Erməni general sərhədə gəldi - Video