Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb.
Mərkəzi Klinikadan “BUTA.TV”nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır.
“Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir”, - açıqlamada qeyd olunub.
Xatırladaq ki, İ.Mirzəyev daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək hallalaşmış və hər kəsdən onun üçün dua etmələrini xahiş etmişdi.
- Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu
- Biri 13, digəri 12 il müddətinə həbs edildi
- Binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - Video
- General Ermənistan vətəndaşlığından imtina etdi
- Rusiya “İsgəndər”i təkmilləşdirir: 1500 km məsafə...
- Üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun “Bakı 2026” mərhələsinə - Biletlər satışda
- 1700 ukraynalı hərbçi mühasirəyə alındı – Rusiya MN
- Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur