Rusiya Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunu bağlayır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumata görə, baş konsulluq sentyabrın 18-dən gec olmayaraq fəaliyyətini dayandırmalı, onun bütün əməkdaşları isə Rusiya ərazisini tərk etməlidir.
Bundan başqa, Moskva Rusiyada Höte adına alman mədəniyyət mərkəzlərinin fəaliyyətinin dayandırılmasını tələb edib.
Qeyd edək ki, sentyabrın 1-də Almaniya Rusiyanın Bonndakı baş konsulluğunun bağlanacağını və Berlindəki “Rusiya Evi”nin fəaliyyətinin dayandırılacağını açıqlayıb. Bu qərar Almaniyanın bir ay əvvəl Leypsiq hava limanında aşkarlanan partlayıcı ilə doldurulmuş pilotsuz uçuş aparatı ilə əlaqəli olub. Almaniya Rusiyanı bununla diversiya cəhdində ittiham edib.
- İsveç ABŞ-dan HİMARS sistemləri alır
- 300 balı sayılmayıb sonra 627-yə yüksələn - Əhməd haradadır?
- Almaniyanın Peterburqdakı baş konsulluğu bağlanır
- 1657-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Səudiyyədə neft emalı zavodu vuruldu - Video
- 12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı
- Rusiyada general saxlanıldı: Yanacaq satırmış...
- Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu