Şəmkirdə qatar 24 yaşlı oğlanı vurub.
“BUTA.TV” xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan Bakı-Tbilisi-Bakı sərnişin qatarı qəfil dəmiryoluna çıxan kənd sakini, 2002-ci il təvəllüdlü Rahil Vəliyevi vurub.
24 yaşlı gənc aldığı xəsarətlərdən elə hadisə yerində həyatını itirib. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
***
ADY-dən bildirilib ki, bu gün gecə saat 2 radələrində Zəyəm-Dəllər sahəsində 135 km/saat sürətlə hərəkətdə olan Tbilisi-Bakı qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb.
Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.
ADY bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.
Yunis Quliyev
- Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır - Qərar verildi
- Qazaxıstanda neft emalı zavodu yandı
- Generala ağır itki
- Putin Trampı məyus etmək istəmir, danışıqlar başlaya bilər
- Ukrayna hərbçiləri üçün "ölüm zonası"...
- Fransada dəhşətli tornado - Anbaan görüntülər
- Dəmiryoluna qəfil çıxan gənci qatar vurub öldürdü - Yenilənib
- Bu, Almaniya üçün böyük şokdur - Merz