Bu il Ağalı kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Bunu tarixi hadisə adlandıran dövlətimizin başçısı qeyd edib: “Çünki müharibədən iki il keçmədən – cəmi ilyarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda, bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdırlar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər”.
- Azərbaycanda son illər aparılan sosial islahatların uğurları…
- "Ford" səkiyə çırpıldı: sürücü belə xilas edildi - Video
- Maaş və sosial ödənişlərdə artım olacaq?
- Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
- Bəzi saytların fəaliyyəti dayandırıla bilər - Səbəb
- Hamı bu qəzadan danışır - Arzum günahkardır, ya yox?
- 50-dən artıq saxta hesabı olan “jurnalist” saxlanıldı - Foto
- Dövlət sərəncamı ilə ayrılan kompensasiyanı ala bilmirlər - Video