Yanvarın 1-də Manila beynəlxalq aeroportuna və bu hava limanından uçuşlar elektrik enerjisinin kəsilməsi ilə əlaqədar dayandırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli vaxtla saat 14:00-da aeroportun Tvitter səhifəsində məlumat yerləşdirilib.
Məlumatda Filippinin Mülki Aviasiya İdarəsinin aeronaviqasiya vasitələrində texniki problemlərin yarandığı əksini tapıb.
Aeroportun operatoru olan şirkətin bildirdiyinə görə, hava hərəkəti mərkəzində elektrik enerjisinin verilişinin kəsilməsi hava limanında rabitə əlaqəsinin də dayanmasına səbəb olub.
Hazırda müvafiq qurumlar problemin aradan qaldırılması istiqamətində çalışır. Artıq 16 reysin uçuşu ya təxirə salınıb, ya da geri qaytarılıb.
- Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
- Həmyerlimizə ABŞ-da yüksək vəzifə verildi
- Sabah yağış yağacaq
- Çimərlik istiqamətinə gedən yeni avtobus marşrutları...
- Naxçıvana uçuşlar ləğv edildi
- Xüsusi karantin rejiminin müddəti yenə uzadıldı
- Azərbaycanda son illər aparılan sosial islahatların uğurları…
- "Ford" səkiyə çırpıldı: sürücü belə xilas edildi - Video