Ermənistan cəmiyyəti silahı yerə qoymaq, bölgədə sülhü bərqərar etmək, qonşu xalqlarla barışmaq kimi fikirlərdən, deyəsən, hələ çox uzaqdır.
BUTA.TV Baku TV-yə istinadən xəbər verir ki, az qala hər gün müxtəlif sosial şəbəkələrdə yayılan fərqli görüntülər bunu bir daha təsdiq edir.
Növbəti belə videomaterial yeni il, daha dəqiq desək, bu bayramın ümumbəşəri personajı Şaxta baba ilə bağlıdır. Kadrlarda əfsanəvi personajın hərbi poliqonda azyaşlıya avtomat silahdan necə atəş açıldığını əyani şəkildə nümayiş etdirməsi əks olunub.
Qonşularımız hətta bütün dünyada xeyirxahlığı təmsil edən bir obrazdan belə təcavüzkar “düzəltməyi” bacarıblar. Bu azmış kimi, mifik qoca bunu uşağın gözü qarşısında edərək “ona yeni il hədiyyəsi” kimi silahla davranmağı öyrədir.
Bir sözlə, dünyəvilikdən, humanizmdən danışan xalq uşaqların gözü qarşısında Yeni ilin atributunu döyüşçüyə çevirib.
- Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
- Həmyerlimizə ABŞ-da yüksək vəzifə verildi
- Sabah yağış yağacaq
- Çimərlik istiqamətinə gedən yeni avtobus marşrutları...
- Naxçıvana uçuşlar ləğv edildi
- Xüsusi karantin rejiminin müddəti yenə uzadıldı
- Azərbaycanda son illər aparılan sosial islahatların uğurları…
- "Ford" səkiyə çırpıldı: sürücü belə xilas edildi - Video