Paşinyan Rusiyaya açıq şəkildə “KTMT və MDB-dən çıxa, 102-ci hərbi bazanı bağlaya biləcəklərinin” mesajını verdi. Hərçənd, Nikol mesajlarının çatdırılmasında özünəməxsus formatdan istifadə edir: əvvəlcə ata biləcəkləri addımlar haqda ictimai rəy yaradır, daha sonra bundan bəhs edir;
- Ermənistan KTMT və MDB-dən çıxa bilər: Nikol buna o haqda iddianı təkzib üzərindən işarə vurdu;
- 102-ci hərbi bazanın gələcəyi sual altındadır: Grmüdəki baza ətrafında “etiraz aksiyası” təşkil olundu, ardınca Paşinyan məsələni gündəmə gətirdi;
- İrəvan KTMT-yə (Rusiyaya) qarşı ilk həmləsini etdi: təşkilatın Ermənistanda planlaşdırılan hərbi təlimindən imtina etdilər və Paşinyan son dövrlər baş verənləri nəzərdə tutaraq, bəyan etdi ki, “indiki halda bu təlimlərin keçirilməsi məqsədəuyğun deyil”;
Belə görünür ki, Ermənistan Moskvanı şantaj etməklə KTMT-nin sərhəd məsələsinə müdaxiləsinə nail olmaq, Rusiyanı Laçın yolundakı aksiyaya qarşı addım atmağa sövq etdirmək, “müttəfiqləri”ni Bakıya qarşı birləşdirmək istəyir. Lakin İrəvan da anlayır ki, KTMT-nin Bakıya qarşı cəbhədə yer alması, delimitasiya olunmayan sərhəddə baş verənlərə görə Azərbaycana qarşı praktiki addımların atılması, eləcə də Laçın yolundakı aksiyanın hədəfinə nail olmadan dayanması ehtimalı azdır.
Bu baxımdan, Paşinyan baş verənlərdən Rusiyanın təsirini minimallaşdırmaq və Moskvadan uzaqlaşmaq üçün istifadə edir.
- Nazir Rahim Hüseynova yüksək vəzifə verdi
- Kapital Bank bu tələbələr üçün təqaüd proqramına start verdi
- Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü
- Eks-bankir üzərində həbs olan villanı Ziya Məmmədova satıb?
- Sabah Bakıda mühüm konfrans baş tutacaq
- Rusiya nüvə gücünə zərbə endirildi: Kiyevin əsl planı nədir?
- Türkiyə və Azərbaycan bu baxımdan strateji əhəmiyyət daşıyır
- İran Azərbaycana yeni səfir təyin etdi