Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ciddi zədə alıb.
Bu barədə BUTA.TV-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, 29 yaşlı qolkiperin qolu sınıb:
"Cərrahi müdaxiləyə ehtiyac olacaq. Amma əməliyyatın vaxtı və yeri dəqiq bilinmir. Variantlara baxıldıqdan sonra qərar qəbul olunacaq".
Klub rəsmisi məşqdə zədələnən təcrübəli qapıçının təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib. Bu isə o deməkdir ki, qolkiper UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə qarşı hər iki matçı buraxacaq. Qarşılaşmalar müvafiq olaraq, fevralın 16-sı və 23-də keçiriləcək.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasının da üzvüdür.
- Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi
- Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...
- 1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci
- Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto
- Ramiz Mehdiyevin səhhəti pisləşdi
- Paşinyandan Konstitusiya ilə bağlı açıqlama
- Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?