Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki, bir neçə gün əvvəl Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və separatçıların nümayəndələri arasında görüş keçirilib. Görüş Laçın yolundakı vəziyyətlə bağlı olub. Lavrov yaxın vaxtlarda məsələnin öz həllini tapacağını düşündüyünü bildirib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bizi Lavrovun nə düşündüyü yox, Lavrovu Bakının nə düşündüyü maraqlandırmalıdır:
“Azərbaycanın nə düşündüyünü və nə istədiyini isə erməni separatçılarının lideri Araik Arutyunyan tərəfdarlarına belə izah edib:
1. Ruben Vardanyan Qarabağı tərk etməlidir;
2. Separatçılar mədənlərindəki işi dayandırılmalıdırlar;
3. Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsi olmalıdır;
4. Separatçılara məxsus ağır hərbi texnika bölgədən çıxarılmalıdır.
Araik Arutyunyan və onun separatçı ətrafı rəsmi Bakının bu tələblərini yerinə yetirməyəcək. Erməni mənbələrinə görə, Arutyunyanın rəsmi Bakının tələblərinə reaksiyası belə olub: “Rəsmi Bakının tələblərini yerinə yetirsək belə, dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır”.
Bəli, separatçılar üçün bundan da çətin günlər qarşıdadır. Rəsmi Bakının iddia edildiyi kimi Rusiya hərbi kontingenti vasitəsilə separatçılara göndərdiyi tələblər prosesin başlanğıcıdır. Bundan sonra başqa tələblər irəli sürüləcək”.
- Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
- İçkili halda "102"yə 11 dəfə zəng etdi, həbs olundu
- AZAL-dan bu şəhərlər üçün aviabiletlərə endirim
- Vəzifəli şəxslər ifşa edildi: 578 milyon manat mənimsənilib
- Biləsuvarda ağır qəza: 1 ölü, 2 yaralı
- Bu hərbçilər həkim müayinəsinə göndərilməyə bilər
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verildi