İranla bağlı Böyük Britaniya və Niderland rəsmiləri ilə bir sıra məsələləri müzakirə etmişik.
BUTA.TV xəbər verir ki, bunu ABŞ hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali Tvitter hesabında yazıb.
“Britaniya Xarici İşlər Nazirliyinin siyasi və geosiyasət üzrə baş direktoru Kristian Törnerlə Vaşinqton və London arasında İrandan Rusiyaya silah göndərilməsi, İranın nüvə proqramının inkişafı, ABŞ və Britaniya vətəndaşlarının İranda qeyri-qanuni saxlanmasına qarşı əməkdaşlıq haqqında danışdıq. Həmçinin Niderland xarici işlər naziri Vopke Hoekstra ilə İranın insan haqlarının pozulmasına qarşı birgə hərəkətlərimizi, Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya silah göndərməsini müzakirə etdik”, - Mali bildirib.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio