Şimal bölgəsində havanın şaxtalı olması səbəbindən şəlalə donub.
BUTA.TV-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, donan şəlalə Quba rayonunun Künxırt kəndi ərazisində yerləşən Suatan şəlaləsidir.
Hazırda dağlıq yaşayış məntəqələrində 10 dərəcə şaxta müşahidə edilməkdədir. Bəzi günlərdə isə temperatur mənfi 20 dərəcəyə qədər enib.
Qeyd edək ki, Suatan şəlaləsi Quba-Qonaqkənd yolunun yaxınlığında, rayon mərkəzidən 35 km aralıda yerləşir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
- “Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu başa çatıb
- Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video
- Nəsimi rayonunun yeni icra başçısı kimdir?
- Kimlər “avara” hesab olunur? - Açıqlama
- Sabah külək güclənəcək - Xəbərdarlıq
- Azdramda idarəetmə strukturu yeniləndi
- Prezident sərəncamı: pensiyalar bu qədər artdı
- Daha bir nazirlikdən qarlı hava ilə bağlı xəbərdarlıq