Mənə elə gəlir ki, hər şey Bakı və Moskvadan asılıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Kornegi Fondunun eksperti Tomas de Vaal erməni internet kanalında təşkil edilən müzakirədə “Laçın yolu nə vaxt və necə açıla bilər” sualına cavabında deyib.
O bildirib ki, çox güman, Moskva və Bakı arasında bu barədə danışıqlar gedir:
“Biz bu danışıqlar haqda heç nə bilmirik. ABŞ-dan, AB-dən müəyyən çağırışlar var. Əlbəttə, Azərbaycanın iradı odur ki, yolda nəqliyyatın hərəkətində şəffaflıq olmalıdır (Laçın yolundan silah, mina daşınması, hərbi məqsədlər və Azərbaycanın yeraltı sərvətlərinin talanmasında istifadəsi olunması nəzərdə tutulur – red.), kimlərin bu yoldan keçdiyi bilinməlidir. Hesab edirəm ki, bu məsələ həll oluna bilər. O ki qaldı Prezident İlham Əliyevin daha iddialı tələbləri, təəssüf ki, bununla bağlı biz heç nə deyə bilmərik”.
- “Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu başa çatıb
- Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video
- Nəsimi rayonunun yeni icra başçısı kimdir?
- Kimlər “avara” hesab olunur? - Açıqlama
- Sabah külək güclənəcək - Xəbərdarlıq
- Azdramda idarəetmə strukturu yeniləndi
- Prezident sərəncamı: pensiyalar bu qədər artdı
- Daha bir nazirlikdən qarlı hava ilə bağlı xəbərdarlıq