Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr və cari ilin yanvar ayları ərzində rayonun bir neçə kəndi ərazisində yerləşən subartezian quyularına məxsus cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Bayramov olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq əməllərini etiraf edib.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
- Nəsimi rayonunun yeni icra başçısı kimdir?
- Kimlər “avara” hesab olunur? - Açıqlama
- Sabah külək güclənəcək - Xəbərdarlıq
- Azdramda idarəetmə strukturu yeniləndi
- Prezident sərəncamı: pensiyalar bu qədər artdı
- Daha bir nazirlikdən qarlı hava ilə bağlı xəbərdarlıq
- İlham Əliyev fərman imzaladı
- Prezident sərəncam imzaladı