“Qarabağ” qış “transfer pəncərəsi”nin ikinci transferini də reallaşdırıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, “köhlən atlar” Redon Cica ilə anlaşıb.
24 yaşlı Cica Albaniya yığmasının üzvüdür. O, əsas millidə 2 oyun keçirib. Cinah yarımmüdafiəçisi “Şkendiya”nın yetirməsidir. 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. 2021-ci ildə “Tirana”ya üz tutub və ötən müddətdə 49 oyuna çıxıb, 29 qol vurub.
Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin mövqeyini öyrəndik. O, xəbəri nə təkzib etdi, nə də təsdiq:
“Hazırda bir neçə futbolçu ilə danışıqlar aparırıq. Bəzilərinin klubları, bəzilərinin də özləri ilə birbaşa danışıqlar aparırıq. Amma rəsmi olaraq heç kimlə razılıq əldə etməməişik. Ona görə də, transfer siyahımızda olan futbolçuların adlarını çəkməyəcəm. Amma hazırda vəziyyət elədir ki, onlardan heç biri ilə rəsmi razılıq əldə olunmayıb. Ona görə də ad çəkməyi məqsədəuyğun hesab etmirəm”.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio