"Türkiyə təhlükəsiz deyil" böhtanına ilk olaraq iş dünyası reaksiya verməli idi.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada Ticarət və Sənaye Palatasının mükafatlandırılma mərasimində deyib.
"Hesab edirəm ki, bu susqunluğun təhlükə dozasının artmasında payı var. Bu seçkilər bu məqamda da inqilab olacaq. İş dünyamızı təhdid, kapitala düşmənçilik edənlərə layiq olduqları cavabı seçkilərdə verəcəyik.
Ölkəmizin strateji sərmayələrini əngəlləmək arzusunda olanların xəyallarını qursağında qoyacağıq. Millətimizin gündəmindən tamamilə çıxartdığımız siyasi qeyri-sabitlik mühitinin yenidən dirçəlməsinə imkan verməyəcəyik. Hətta son bir-iki ayda baş verənlər də bu çürük strukturun xaos və böhrandan başqa heç nə vəd etmədiyinin sübutudur. Məqsədləri xalqa bir kövrək şəxsiyyəti prezident kimi qəbul etdirməkdir", - Ərdoğan qeyd edib.
- Dövlət sifarişi ilə oxuyacaq tələbələrin sayı açıqlandı
- Ağstafanın yarısında qaz olmayacaq
- FHN-də Silahlı Qüvvələr Günü ilə bağlı tədbirlər keçirildi
- DYP hərəkət iştirakçılarına müraciət etdi
- Azərbaycanın Su-25-ləri təlimə cəlb olundu - Foto
- ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
- “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi
- "AzerGold" və onun törəmə şirkətlərinin maliyyə nəticələri...