Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
- Leyla Əliyeva arxiyepiskopla görüşdü
- Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü
- Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - Video
- DSMF BMT-nin mükafatına layiq görüldü
- Bu gün general adı alan Rzayevin ləqəbi…
- Dövlət sifarişi ilə oxuyacaq tələbələrin sayı açıqlandı
- Ağstafanın yarısında qaz olmayacaq
- FHN-də Silahlı Qüvvələr Günü ilə bağlı tədbirlər keçirildi