Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olundu və plenar iclasa tövsiyə edildi. Dəyişikliyə əsasən, gələn aydan minimum pensiya məbləği 280 manata çatdırılacaq. Pensiya məbləğindəki artım 2023-cü ildə həyata keçirilən sosial paketin tərkib hissəsidir.
BUTA.TV xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
Millət vəkili bildirib ki, minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edəcək:
“Belə ki, artıq gələn aydan pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə pensiyaya çıxacaqlar. Əvvəllər bu rəqəm 240 manat idi. Digər tərəfdən, 2006-ci ilin yanvarın 1-dən 2018-ci il iyulunadək hətta bir manat pensiya kapitalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni, əgər vətəndaşımızın 25 il ştajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti 3 ili əhatə edəcək. Yeni dəyişikliklə eyni zamanda indeksasiya nəticəsində pensiyaları artacaq, amma minimum məbləğ səviyyəsinə çatmayan vətəndaşlarımıza da aid olacaq. Bütövlükdə gələn aydan 280 manatdan az pensiya ödənilməyəcək”.
V.Bayramovun sözlərinə görə, bu, orta pensiya məbləğinə də təsir edəcək. Orta pensiyada da artımlar olacaq.
- Leyla Əliyeva arxiyepiskopla görüşdü
- Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü
- Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - Video
- DSMF BMT-nin mükafatına layiq görüldü
- Bu gün general adı alan Rzayevin ləqəbi…
- Dövlət sifarişi ilə oxuyacaq tələbələrin sayı açıqlandı
- Ağstafanın yarısında qaz olmayacaq
- FHN-də Silahlı Qüvvələr Günü ilə bağlı tədbirlər keçirildi