Gənclər və İdman Nazirliyi, həmçinin, Azərbaycan Tennis Federasiyası “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turnirində keçirilən oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun təxribatı ilə bağlı Rusiyanın müvafiq qurumlarına, Beynəlxalq Tennis Federasiyasına və “Australia Open” tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin bəyanatında deyilib.
Bildirilib ki, təxribatçı addımlara görə, tennisçinin cəzalandırılması və belə bir halın təkrarlanmasına yol verilməməsi tələb edilib: “Hazırda davam edən “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turniri çərçivəsində 20 yanvar 2023-cü il tarixində baş tutan oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanov rəqibinə qalib gəldikdən sonra idmançı adına yaraşmayan, Beynəlxalq Tennis Federasiyasının və hazırda iştirak etdiyi turnirin davranış qaydalarına zidd olan təxribat törədib və beynəlxalq turnirlərdə çıxış edən tennisçilərə məxsus bir ənənəni siyasiləşdirməyə cəhd edib. Eyni hal idmançı tərəfindən turnirin növbəti mərhələsi çərçivəsində baş tutan oyundan sonra da təkrarlanıb”.
Bəyanatda vurğulanıb ki, Rusiyanın müvafiq qurumları tərəfindən məsələnin araşdırılacağı və idmançıya müvafiq xəbərdarlığın olunacağı vəd edilib.
- Leyla Əliyeva arxiyepiskopla görüşdü
- Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü
- Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - Video
- DSMF BMT-nin mükafatına layiq görüldü
- Bu gün general adı alan Rzayevin ləqəbi…
- Dövlət sifarişi ilə oxuyacaq tələbələrin sayı açıqlandı
- Ağstafanın yarısında qaz olmayacaq
- FHN-də Silahlı Qüvvələr Günü ilə bağlı tədbirlər keçirildi