Ukrayna Prezidenti Vladimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
Telefon danışığı zamanı Şolts Ukraynaya silah göndərməyin düzgün olduğunu, lakin müharibənin böyüməsindən qaçmaq istədiyini bildirib.
“Qarşımızda duran çətinliklərin səbəbi Ukraynaya qarşı dəhşətli işğalçılıq müharibəsidir. Bu, Avropada razılaşdığımız prinsiplərin şübhə altına alındığı dəhşətli müharibədir”, - Şolts bildirib.
Qeyd edək ki, Almaniya Ukraynaya 14 ədəd “Leopard 2” tankının tədarükünə razılıq verib.
- Zakir Fərəcovun sakinlərlə görüşləri davam edir
- “İdrak”da insident: MŞ-dən jurnalistlərə çağırış...
- "İdrak" liseyinin binası Ruslan Eyyubovun imiş
- Bu məşhurların övladları “İdrak”da təhsil alır
- Şənbə günü hava necə olacaq?
- Azərbaycanda Nyukasl xəstəliyinə yoluxma var?
- "İdrak" liseyində güllələnən müəllimin - Fotosu
- İnsidentin baş verdiyi liseydə təhsil haqqı nə qədərdir?