FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 3 ədəd F-1, 2 ədəd RQ-5, 2 ədəd RQ-42, 1 ədəd BRM-75 əl qumbarası və 2 ədəd UZRQM olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
- Ronaldonun qolu "Əl-Nəsr"ə qələbə gətirdi
- Çində keçmiş məmur ölüm cəzasına məhkum edildi
- ABŞ-da Kosmik Akademiya yaradılacaq - Trampdan fərman
- Azərbaycanlıların olduğu gəmiyə dron hücumu edildi - Video
- İstanbulda ağır qəza: 2 ölü, 16 yaralı
- Mixail Fedorov İtaliya müdafiə nazirinin müşaviri oldu
- Rusiya "Episentr"ə zərbə endirdi: 17 yaşlı qız öldü
- Gələcəyin avtomobili onlardır - Putin açıqladı