Müdafiə nazirinin ümumiyyətlə biliyi sıfırdır, onun ən mühüm “ləyaqəti” susmağı bacarmasıdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
“Hərbi hissənin yanması zamanı 15 əsgərin ölməsi onları maraqlandırmır, onları yalnız öz versiyalarının araşdırılması maraqlandırır. Buna görə Paşinyan və Papikyan məsuliyyət daşımalıdır. Paşinyan ümumiyyətlə bilirmi ki, daxili xidmət nizamnaməsi var, orada bütün qaydalar yazılıb? Niyə Nizamnaməni pozaraq əsgərləri bir çıxışı olan anbara yerləşdiriblər?” - o bildirib.
Baqartyan qeyd edib ki, Paşinyanı dəfələrlə səngərlər qazmağa, sığınacaqlar tikməyə və şərait yaratmağa çağırıblar, o isə əksinə, əsgərləri anbara yerləşdirib:
“Amma Avinyanın himayəsi ilə normal şərait yaratmaq əvəzinə çiyələk almağa 2,5 milyon dollar ayrılır. Hamı yatarkən növbətçi gözətçilər olmalıdır. Müdafiə nazirinin ümumiyyətlə biliyi sıfırdır, onun ən mühüm “ləyaqəti” susmağı bilməsidir”.
- ABŞ-da Kosmik Akademiya yaradılacaq - Trampdan fərman
- Azərbaycanlıların olduğu gəmiyə dron hücumu edildi - Video
- İstanbulda ağır qəza: 2 ölü, 16 yaralı
- Mixail Fedorov İtaliya müdafiə nazirinin müşaviri oldu
- Rusiya "Episentr"ə zərbə endirdi: 17 yaşlı qız öldü
- Gələcəyin avtomobili onlardır - Putin açıqladı
- Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu edildi - Video
- Türkiyədə meşə yanğını: evlər boşaldılır