İranın xarici işlər və daxili işlər nazirləri Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı təcili iclas keçiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
İclasda “sübut və ilkin müşahidələri” əsas götürən nazirlər ilk dəqiqədən irəli sürülən saxta ehtimalı - “hücumun şəxsi səbəblərdən törəndiyini” – tez-tələsik təsdiqləyiblər.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir
- ABŞ-da Kosmik Akademiya yaradılacaq - Trampdan fərman
- Azərbaycanlıların olduğu gəmiyə dron hücumu edildi - Video
- İstanbulda ağır qəza: 2 ölü, 16 yaralı
- Mixail Fedorov İtaliya müdafiə nazirinin müşaviri oldu
- Rusiya "Episentr"ə zərbə endirdi: 17 yaşlı qız öldü
- Gələcəyin avtomobili onlardır - Putin açıqladı
- Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu edildi - Video
- Türkiyədə meşə yanğını: evlər boşaldılır