Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını şiddətlə pisləyib.
BUTA.TV xəbər verir ki, Ali Məclis diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisinin həlak olmasına görə başsağlığı verib:
"Ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə pisləyir, səfirliyin həlak olan mühafizə xidmətinin rəisi baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik", - Ali Məclisin açıqlamasında vurğulanıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
- Gələcəyin avtomobili onlardır - Putin açıqladı
- Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu edildi - Video
- Türkiyədə meşə yanğını: evlər boşaldılır
- Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra...
- Putin və Ərdoğan Ukraynanı müzakirə edəcək
- Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər
- Gözü yüksəklərdə olan sinif... - 11a-nın 13-ü
- Polşa səfiri XİN-ə çağırıldı