İranda Azərbaycan səfirliyinə silahlı basqın edən İran vətəndaşı Yasin Hüseynzadə polisə ifadə verib:
“Mən 9 ay idi ki, həyat yoldaşımı tapa bilmirdim, onunla əlaqəm yox idi. Mən dəfələrlə səfirliyə müraciət etmişdim. Səfirlikdən mənə məktub verildi ki, həyat yoldaşın burada yoxdur. Amma mən şübhələnmişdim ki, həyat yoldaşım orada saxlanılır. Hansı əsasla, hansı sənədlə orada saxlayırdılar? Ona görə də məcbur qalıb kəndə getdim və silahı götürdüm ki, səfirliyə gedib həyat yoldaşımı oradan gətirim.”
“Silahı götürüb onları öldürməyə gedirdin” sualına cavabında qeyd edib ki, xeyr, mən öz həyatımı qurmaq istəyirdim, onlar mənim həyatımı məhv etmişdilər. Üstümdə 2 silah vardı: “Kalaşnikov” və tapança”.
Polisin ona: “Silahı necə əldə etmişdin?” sualına isə belə cavab verib: “Tapmışdım”.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio